Ağstafada ana uşağının başına daşla vurub - VİDEO

XƏBƏR 20 fevral 2024, 21:17

Ağstafa rayonunda ana uşağını döyüb. 

Ana uşağının başına daşla vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən azyaşlı xəstəxanaya yerləşdirilib:

“Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır. İlkin məlumata görə, uşağa anası tərəfindən daşla baş nahiyəsindən xəsarət yetirilib. Faktla bağlı müvafiq ekspertiza təyin olunub. Ekspertiza rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top