XƏBƏR, MARAQLI
12-12-2017, 21:32

İnsanların 80 faizi smartfonla yatır - SORĞU

İnsanların 80 faizi smartfonla yatır - SORĞU ABŞ-ın “Deloitte” təhlil mərkəzinin mütəxəssisləri bildiriblər ki, insanların 80 faizi yuxuyan getmək üçün bir saat smartfonlarında “otururlar”.

Qərbinfo.az-ın Gazetadaily.ru saytına istinadən məlumatına görə, sorğuda 18 yaşdan 75 yaşa qədər 2 mindən artıq vətəndaş iştirak edib.

Onların 81 faizi etiraf edib ki, yatmazdan əvvəl smartfonlarında “otururlar”. Bununla belə, onların 14 faizi isə elektron cihazlarından yuxuya gedən ana qədər istifadə edirlər. Demək lazımdır ki, bu tendensiya olduqca dəhşətlidir. Çünki belə bir vərdiş pis yuxuya və gün rejiminin aşağı düşməsinə səbəb ola bilər.

Bundan qurtulmaq üçün mütəxəssislər telefonu otağın o biri başında saxlamağı məsləhət görürlər. Həmçinin onlar telefonu “Narahat etməyin!” rejiminə çevirib, onsuz yatmağı məsləhət görürlər.






Son Xəbər