XƏBƏR, MARAQLI
4-12-2017, 10:39

Dünyada ilk SMS-in müəllifi onun məzmunu haqda danışdı

Dünyada ilk SMS-in müəllifi onun məzmunu haqda danışdı 25 il qabaq göndərilən ilk SMS-in müəllifi "Sky News"a onun məzmunu haqda danışıb.

Qərbinfo.az Trend-ə istinadən bildirir ki, britaniyalı Nil Papuort bildirib ki, 1992-ci ildə "Vodafone" şirkətində işlədiyi zaman ilk SMS-i öz rəisinə göndərib.

Britaniyalı qeyd edib ki, həmin SMS-də o, rəisinin Milad bayramını təbrik edib: "Mən SMS-ə cavab almadım. Çünki o zamanlar telefonlar SMS-i yalnız qəbul edə bilirdi. Mən mətni kompüterlə yazmışdım".

Onun sözlərinə görə, həmin vaxt şirkətdə yeni layihənin belə miqyaslı olacağına güman etmirdilər.






Son Xəbər