XƏBƏR, MƏDƏNİYYƏT
17-11-2017, 16:02

Dünyanın ən çox qazanan gənc ulduzları

Dünyanın ən çox qazanan gənc ulduzları “Forbes” jurnalı şou-biznesin ən çox gəlir əldə edən gənc ulduzlarının adlarını açıqlayıb.

Qərbinfo.az xarici KİV-ə istinadla xəbər verir ki, “The Weeknd” kimi tanınan Abel Tesfaye illik gəliri 90 milyon dollar olduğuna görə birinci yerdə qərarlaşıb. 23 yaşlı Castin Biber 83.5 milyon dollarla ikinci, Adel isə 70 milyon dollarla üçüncü pilləni tutub.

İlk onluqda basketbolçu Kevin Dyurant (60,6 milyon dollar), futbolçu Endryu Lak (50 milyon dollar), müğənni Teylor Svift (44 milyon dollar) və digərləri yer alıb.






Son Xəbər