XƏBƏR, MARAQLI
7-11-2017, 23:56

2017-ci ilin ən qeyri-adi cihazları

2017-ci ilin ən qeyri-adi cihazları Mütəxəssislər 2017-ci ilin ən qeyri-adi cihazlarını müəyyən ediblər.

Qərbinfo.az-ın Gazetadaily.ru saytına istinadən məlumatına görə, bu cihazlar hər il keçirilən bir sıra sərgilərdə nümayiş etdirilib.

Reytinqin birinci pilləsində özündə 4 SİM kartı birləşdirən “SIM Changer Delta” cihazı qərarlaşıb. “SIM Changer Delta”nın smartfonla sinxronlaşdırılması “Bluetooth” vasitəsilə baş verir.

Siyahıda növbəti yeri “In Motion” çantası tutub. Bu çantada elektronika smartfondan balaca deyil və o, gedilmiş məsafəni izləməyi bacarır. Həmçinin insan bədəninin fəzadakı yerləşməsini və çanta sahibinin vəziyyətini müəyyənləşdirir.

2017-ci ildə “Subpac M2” akustik sistemi nümayiş etdirilib. Bu akustik sistem bədənə jilet kimi taxılır və tam olaraq virtual reallığa qərq olmağa imkan verir.

Qeyri-adi ev cihazları arasında mütəxəssislər “Mars Craft” səs gücləndiricisinin və “Cerevo Lumigent” smart lampasının da adını çəkiblər.






Son Xəbər