XƏBƏR, MANŞET-SLAYDER
7-11-2017, 17:58

İcra başçısı gənc müəllimlərlə görüş keçirib

İcra başçısı gənc müəllimlərlə görüş keçirib Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov rayonun gənc müəllimləri ilə görüşüb.

Qərbinfo.az xəbər verir ki, görüşdə yeni pedaqoji texnologiyalar sistemində müasir dərsin təşkili və səciyyəvi cəhətləri müzakirə olunub. İcra başçısı bildirib ki, sağlam vətəndaş cəmiyyətinin formalaşmasında Siz müəllimlərin üzərinə ağır yük düşür: " Hər bir şagirdin vətənpərvər, əməksevər, savadlı vətəndaş kimi yetişməsində və cəmiyyətə inteqrasiya olunmasında sizlərin rolu danılmazdır. Biz bilirik ki, təhsilin təməli ibtidai sinifdə qoyulur. Bünövrə nə qədər möhkəm olarsa, bilik bir o qədər dərin, eyni zamanda əsaslı olur. Sizlər çalışmalısınız ki, gələcəyimiz olan şagirdlərə dərin və əsaslı bilik verəsiniz, onların əsl vətəndaş kimi yetişməsinə diqqət edərək təlim prosesində mənəvi dəyərlərimizi yüksək tutasınız”.

Görüş zamanı müəllimlərin təklif və ideyaları dinlənilərək müzakirələr aparılıb.
İcra başçısı gənc müəllimlərlə görüş keçirib
İcra başçısı gənc müəllimlərlə görüş keçirib
İcra başçısı gənc müəllimlərlə görüş keçirib






Son Xəbər