XƏBƏR, MANŞET-SLAYDER
7-11-2017, 15:39

Asan Xidmət Şəmkirdə

Asan Xidmət Şəmkirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Səyyar Xidməti təşkili şöbəsi 10 noyabr 10 dekabr 2017-ci il tarixləri müddətində Şəmkir şəhəri Füzuli küçəsi, Mərkəzi Poçt binasının yaxınlığında qərb rayonlarının vətəndaşlarına səyyari xidmət göstərəcəkdir.

Qərbinfo.az xəbər verir ki, vətəndaşlara göstərilən xidmətlər Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, Sürücülük vəsiqələrinin dəyişdirilməsi, Əmək pensiyalarının təyin edilməsi, Daşınmaz Əmlak üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, Notariat fəaliyyəti, Vətəndaşların Vəziyyəti Aktlarının qeydiyyata alınması üzrədir.

Sənədləşmə işinin aparılmasına ehtiyacı olan bütün sakinlərimizi xidmətin fəaliyyət növlərindən yararlanmağa dəvət edirik.






Son Xəbər