XƏBƏR
7-11-2017, 13:57

ABŞ səfiri Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündən danışdı

ABŞ səfiri Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündən danışdı “Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü müsbət addımdır. Ancaq bu istiqamətdə addımların davamı gəlməli, əlavə işlər görülməlidir”.

Qərbinfo.az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri Qubada səfərdə olan ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, hazırda ATƏT-in Minsk qrupu həmsədrləri hər iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün iş aparırlar: “Bu münaqişənin dinc yolla həlli və prosesin irəli aparılması üçün işlər davam etdirilir”.






Son Xəbər