XƏBƏR
7-11-2017, 12:26

Alkoqollu içkilərə aksiz dərəcələri ikiqat artırılacaq

Alkoqollu içkilərə aksiz dərəcələri ikiqat artırılacaq "Alkoqollu içkilərə aksiz dərəcələri iki dəfə artırılacaq".

Qərbinfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, aksiz dərəcələrinin iki dəfəyə qədər artırılması məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər təklif olunur. "Bununla bağlı Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişiklik prezidentə təqdim olunub. Müəyyən aidiyyəti qurumlarda baxıldıqdan sonra Məcəlləyə dəyişiklik parlamentə deputatların müzakirəsinə təqdim olunacaq", - deyə nazir vurğulayıb.

S. Şərifov deyib ki, aksiz dərəcələrinin artırılması ilə bağlı dəyişiklik növbəti ildə qüvvəyə minəcək.

Nazir əlavə edib ki, aksiz dərəcəsinin iki dəfəyə qədər artırılması nəticəsində büdcəyə gəlirlərin artırılmasına nail olunacaq.






Son Xəbər