XƏBƏR
7-11-2017, 11:40

Türkiyədə antiterror əməliyyatı keçirildi

Türkiyədə antiterror əməliyyatı keçirildi Türkiyədə terrorçulara qarşı keçirilən əməliyyatda 1 türk əsgəri həlak olub.

Qərbinfo.az bu barədə Haber 7-yə istinadən xəbər verir.

Van və Çaldıran arasındakı şose yol ətrafında dağlarda yerləşən PKK terrorçularının bazasında əməliyyat keçirilib.

İlkin məlumata görə, əsgərlər bazaya daxil olarkən baş vermiş qarşıdurmada türk əsgəri şəhid olub.

Hazırda həmin əraziyə əlavə canlı qüvvə gönədərildiyi bildirilir.

Rayonda genişmiqyaslı əməliyyat başlayıb.






Son Xəbər