XƏBƏR
7-11-2017, 10:48

Şəmkirdə uşaq bağçaları keyfiyyətli qida ilə təmin olunur

Şəmkirdə uşaq bağçaları keyfiyyətli qida ilə təmin olunur Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, bu gün respublikamızda həyatın bütün sahələri dinamik inkişaf etməkdədir. Belə sürətli inkişaf yoluna qədəm qoymuş sahələrdən biri də məktəbəqədər təhsil sahəsidir. Son dövrlər respublikamızın hər yerində olduğu kimi Şəmkir rayonu ərazisində də yerləşən məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki və ərzaq təminatı müasir dövrün tələblərinə uyğun təşkil edilir.

Qərbinfo.az xəbər verir ki, "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Şəmkir rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin keyfiyyətli qida ilə təmin olunması Şəmkir Rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Rayon İcra Hakimiyyətinin məsul işçiləri Baytarlıq idarəsinin əməkdaşları ilə birlikdə "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC tərəfindən məktəbəqədər təhsil müəssisələrinə verilən qidaya yerində baxış keçirib. Baxış zamanı keyfiyyətli qida məhsullarının mövcud olduğu müəyyən edilib.

Qeyd edək ki, bundan sonra da məktəbəqədər təhsil müəssisələrinin keyfiyyətli qida ilə təmin olunması üçün aidiyyəti şəxslərə tövsiyyə və tapşırıqlar verilib.
Şəmkirdə uşaq bağçaları keyfiyyətli qida ilə təmin olunurŞəmkirdə uşaq bağçaları keyfiyyətli qida ilə təmin olunurŞəmkirdə uşaq bağçaları keyfiyyətli qida ilə təmin olunurŞəmkirdə uşaq bağçaları keyfiyyətli qida ilə təmin olunur






Son Xəbər