XƏBƏR, İDMAN
6-11-2017, 19:29

Şeydayev Almaniyaya qarşı oynamayacaq

Şeydayev Almaniyaya qarşı oynamayacaq Ramil Şeydayev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində Almaniyaya qarşı oynaya bilməyəcək.

Qərbinfo.az xəbər verir ki, 20 yaşlı hücumçu Avropa çempionatının seçmə mərhələsində noyabrın 9-da keçiriləcək görüşünü buraxmaq məcburiyyətində qalıb.

Buna səbəb onun zədələnməsidir. Premyer Liqanın XI turunda keçirilmiş “Kəpəz” – “Qarabağ” oyununda xəsarət alan Şeydayev Almaniya yığması ilə oyunda meydana çıxa bilməyəcək.

Bu gün MRT müayinəsindən sonra müəyyənləşib. Futbolçunun Kosovo yığması ilə oyunda çıxış edib-etməyəcəyi qarşıdakı günlərdə bəlli olacaq.






Son Xəbər