XƏBƏR, İDMAN
18-10-2017, 18:02

“Qarabağ”ın gəncləri “Atletiko”ya böyük hesabla uduzdu

“Qarabağ”ın gəncləri “Atletiko”ya böyük hesabla uduzdu “Qarabağ”ın 19 yaşlılardan ibarət komandası UEFA Gənclər Liqasında qrup mərhələsinin üçüncü turu çərçivəsində Bakıda İspaniyanın “Atletiko” klubunu qəbul edib.

Qərbinfo.az-ın xəbərinə görə, qarşılaşma qonaqların 1:5 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Ağdam təmsilçisi ilk turda “Çelsi”yə 0:5, ikinci turda isə “Roma”ya 0:3 hesabı ilə məğlub olub.

“Qarabağ” – “Atletiko” matçı Azərbaycan klublarının Gənclər Liqasındakı ən məhsuldar qarşılaşması kimi də tarixə düşüb. Oyunda 6 qol vurulub ki, bunadək rekord 5-ə bərabər idi.






Son Xəbər