XƏBƏR, İDMAN
18-10-2017, 16:42

Şəmkirin kəndində futbol meydançasının tikintisinə başlanılıb

Şəmkirin kəndində futbol meydançasının tikintisinə başlanılıb Şəmkir Rayon Yuxarı Seyfəli kəndi ərazisində futbol meydançasının tikintisinə başlanılıb.

Qərbinfo.az xəbər verir ki, futbol idman növünün inkişafı, gənclərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə Yuxarı Seyfəli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi və Yuxarı Seyfəli bələdiyyəsi tərəfindən kənd ərazisində idman meydançasının yenidən qurulması işlərinə başlanılıb.

Qeyd edək ki, yenidənqurma işlərinin qısa müddət ərzində başa çatdırılması nəzərdə tutulub.






Son Xəbər