XƏBƏR, İDMAN
18-10-2017, 09:04

“Beşiktaş” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

“Beşiktaş” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin III turuna start verilib.

Qərbinfo.az-ın xəbərinə görə, ilk oyun günündə 8 qarşılaşma keçirilib.

Türkiyə turnirdəki yeganə təmsilçisi “Beşiktaş” yenə azarkeşlərini sevindirib. İlk iki oyunda “Portu” və “Leypsiq” üstün olan “qara qartallar” bu dəfə səfərdə Fransa çempionu “Monako”nu səfərdə Cenk Tosunun dublu sayəsində 2:1 hesabı ilə məğlub edib.

Çempionlar Liqası
Qrup mərhələsi, III tur
17 oktyabr

E qrupu

“Maribor” (Sloveniya) - “Liverpul” (İngiltərə) - 0:7
Qollar: Firmino, 4, 54, Koutinyo, 13, Salah, 19, 40, Oksleyd-Çemberleyn, 86, Aleksandr Arnolt, 90

“Spartak” (Rusiya) - “Sevilya” (İspaniya) - 5:1
Qollar: Promes, 18, 90, Melqarejo, 58, Qluşakov, 67, Adriano, 74 - Kyaer, 31

F qrupu

“Feyenoord” (Hollandiya) - “Şaxtyor” (Ukrayna) - 1:2
Qol: Berqus, 7 - Bernard, 24, 54

“Mançester Siti” (İngiltərə) - “Napoli” (İtaliya) - 2:1
Qollar: Sterlinq, 9, Qabriel Jesus, 13 - Diavara, 73 (pen.)

G qrupu

“Leypsiq” (Almaniya) - “Porto” (Portuqaliya) - 3:2
Qollar: Orban, 8, Forsberq, 38, Avqustin, 40 - Abubakar, 18, Markano, 44

“Monako” (Fransa) - “Beşiktaş” (Türkiyə) - 1:2
Qollar: Falkao, 30 - Cenk, 34, 54

H qrupu

“Real” (İspaniya) - “Tottenhem” (İngiltərə) - 1:1
Qollar: Ronaldo, 43 (pen.) - Keyn, 28

APOEL (Kipr) - “Borussiya” (Dortmund, Almaniya) - 1:1
Qollar: Pote, 62 - Sokratis, 67






Son Xəbər