XƏBƏR, İDMAN
17-10-2017, 09:27

“Atletiko” Bakıya “Karabakh” təyyarəsində gəldi

“Atletiko” Bakıya “Karabakh” təyyarəsində gəldi “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Atletiko” artıq Bakıdadır.

Qərbinfo.az-ın məlumatına görə, Madrid klubu Bakıya gəlmək üçün AZAL-dan çarter reysi sifariş edib. AZAL da onlar üçün “Karabakh” adlı “Airbus 340-500” təyyarəsini göndərib.

Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Klub özü də bu barədə Instagram hesabından paylaşım edib.

Qeyd edək ki, “Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.






Son Xəbər