XƏBƏR, İDMAN
12-10-2017, 17:44

Kişi voleybolçularımızın rəqibləri müəyyənləşdi

Kişi voleybolçularımızın rəqibləri müəyyənləşdi 2019-cu ildə keçiriləcək kişilər arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Qərbinfo.az xəbər verir ki, Lüksemburqda baş tutan mərasimdə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.

A qrupu: Finlandiya, Danimarka, Rumıniya

B qrupu: Estoniya, Latviya, İsrail

C qrupu: Slovakiya, Monteneqro, Moldova, İslandiya

D qrupu: Portuqaliya, Xorvatiya, Avstriya, Albaniya

E qrupu: İspaniya, Belarus, Norveç, Gürcüstan

F qrupu: Ukrayna, Makedoniya, Macarıstan, İsveçrə

G qrupu: Yunanıstan, İsveç, Azərbaycan, Lüksemburq.

Qeyd edək ki, Azərbaycan yığması qrup qalibi olarsa, tarixində ilk dəfə Avropa çempionatında iştirak hüququna yiyələnəcək.






Son Xəbər