XƏBƏR, İDMAN
11-10-2017, 10:50

Messi Argentinanı mundiala daşıdı, Çili kənarda qaldı

Messi Argentinanı mundiala daşıdı, Çili kənarda qaldı DÇ-2018-in Cənubi Amerika zonasında seçmə mərhələyə yekun vurulub.

Qərbinfo.az xəbər verir ki, Braziliyadan sonra daha 3 komanda Rusiyada keçiriləcək mundiala vəsiqə qazanıb.

Bütün diqqətlər isə Argentina- Ekvador oyununa cəmlənib.

Leo Messinin kapitanı olduğu komandanı mundiala yalnız qələbə çıxara bilərdi.

Argentina məhz superulduzunun sayəsində bu arzusuna çatıb.

Messinin vurduğu 3 qola ekvadorlular yalnız bir dəfə cavab verə biliblər.

Argentinaya Uruqvay və Kolumbiya da yoldaş olub.

Braziliyaya məğlub olan Çili kənarda qalsa da, 5-ci yeri tutan Peru "play-off"da Yeni Zelandiya ilə üz-üzə gəlmək şansı əldə edib.






Son Xəbər