XƏBƏR, İDMAN
9-10-2017, 13:15

AFFA Prosineçkinin məsələsini Bakıda müzakirə edəcək

AFFA Prosineçkinin məsələsini Bakıda müzakirə edəcək AFFA milimizin baş məşqçisi Robert Prosineçkinin məsələsini Bakıda müzakirə edəcək.

Qərbinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu deyib.

O bildirib ki, milli komanda bu gün axşam saatlarında Bakıda olacaq və Prosineçkinin məsələsi bundan sonra müzakirə olunacaq.

Xatırladaq ki, 2014-cü ildən Azərbaycan milli komandasına başçılıq edən xorvat mütəxəssislə müqavilə başa çatıb.

Müqavilənin uzadılması məsələsi isə hələ də qaranlıq olaraq qalır.






Son Xəbər