XƏBƏR, İDMAN
7-10-2017, 08:47

DÇ-2018: Türkiyə qrupda qaldı

DÇ-2018: Türkiyə qrupda qaldı Futbol üzrə Türkiyə yığması DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində növbəti görüşünü keçirib.

Qərbinfo.az-ın xəbərinə görə, I qrupunda yer alan ay-ulduzlular Əskişəhər stadionunda İslandiya komandasını qəbul ediblər.

Matç qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Skandinaviya təmsilçisinin heyətində Qudmundsson (32), Byarnason (39) və Arnason (50) fərqləniblər. Bu qrupun digər oyununda Xorvatiya gözlənilmədən doğma meydanda Finlandiya ilə 1:1 hesablı bərabərliyə qalıb, Ukrayna isə səfərdə Kosovonu məğlub edib - 2:0.

Gecənin nəticələrindən sonra hesabında 14 xalı Luçeskunun komandası mundial şansını itirib. İslandiya yığması 19 xalla qrupa liderlik edir, Xorvatiya və Ukrayna isə 17 xalla ikinci və üçüncü yerləri bölüşdürürlər.

Son turda Türkiyə səfərdə Finlandiyanın qonağı olacaq, İslandiya isə doğma meydanda Kosovunu qəbul edəcək. Qrupun mərkəzi qarşılaşmasında Ukrayna və Xorvatiya yığmaları münasibətlərinə aydınlıq gətirəcək.






Son Xəbər