XƏBƏR, İDMAN
6-10-2017, 09:16

Daha iki ölkə DÇ-2018-ə vəsiqəni təmin etdi

Daha iki ölkə DÇ-2018-ə vəsiqəni təmin etdi Azərbaycanla birgə C qrupunda yer alan Almaniya yığması səfərdə Şimali İrlandiya komandasına 3:1 hesabı ilə qalib gələrək 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına vəsiqəni təmin edib.

Qərbinfo.az-ın xəbərinə görə, almanların heyətində Sebastyan Rudi (2-ci dəqiqə), Sandro Vaqner (21) və Yozua Kimmix (86) fərqləniblər. Meydan sahiblərinin yeganə qolunu hakimin oyunun əsas vaxtına əlavə etdiyi dəqiqələrdə Coş Medcennis vurub. Qrupun digər oyunlarında Azərbaycan Bakıda Çexiya yığmasına 1:2 hesabı ilə uduzub, Norveç millisi isə səfərdə San-Marinonun qapısından 8 cavabsız top keçirib.

Öz növbəsində, doğma meydanda Sloveniyanı son dəqiqələrdə Harri Keynin vurduğu qolla məğlub edən İngiltərə yığması da F qrupundan DÇ-2018-ə vəsiqə qazanıb. İkinci pillədə qərarlaşan Şotlandiya komandası ingilislərdən 6 xal geri qalır.

Bununla da, mundial sahibi Rusiyadan əlavə DÇ-2018-ə Braziliya, İran, Yaponiya, Meksika, Belçika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Almaniya və İngiltərə vəsiqəni təmin ediblər.






Son Xəbər