XƏBƏR, İDMAN
3-10-2017, 11:38

Yığmamızın Qran-pri üçün heyəti açıqlanıb

Yığmamızın Qran-pri üçün heyəti açıqlanıb Oktyabrın 6-da Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-pri turniri start götürəcək.

Qərbinfo.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycanı əsas yığmanın ehtiyat qüvvəsi mübarizə aparacaq.

Belə ki, məşqçilər korpusu turnirdə Vüqar Şirinli (60 kq), Orxan Hacıağalı (66 kq), Telman Vəliyev (73 kq), Fəqan Quluzadə (100 kq) və Cəlil Şükürova (+100 kq) şans verməyi qərara alıb.

Qran-priyə ümumilikdə 29 ölkədən 200 cüdoçu qatılacaq.






Son Xəbər