XƏBƏR, İDMAN
2-10-2017, 22:34

“Barselona” Kataloniyadakı tətilə qoşulacaq

“Barselona” Kataloniyadakı tətilə qoşulacaq “Barselona” futbol klubu oktyabrın 3-nə planlaşdırılmış tətildə iştirak edəcək.

Qərbinfo.az-ın xəbərinə görə, bu barədə kataloniya klubunun rəsmi Twitter hesabında məlumat paylaşılıb.

““Barselona” FK tətil aksiyasına qoşulacaq. Sabah klub bağlı olacaq, heç bir komanda məşq etməyəcək”, - klubun bəyanatında deyilir.

Qeyd edək ki, bu gün təşkil edilən mitinqdə regionun ictimai təşkilatlarının liderləri insanları oktyabrın 3-də ümumxalq tətilə çıxmağa çağırıblar.






Son Xəbər