XƏBƏR, İDMAN
2-10-2017, 17:48

“Qarabağ” - “Atletiko” matçı üçün bilet satışı intensivləşdi

“Qarabağ” - “Atletiko” matçı üçün bilet satışı intensivləşdi “Qarabağ” komandasının futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin III turunda İspaniya “Atletiko”su ilə keçirəcəyi oyun üçün bilet satışı intensivləşib.

Qərbinfo.az xəbər verir ki, onlayn bilet əldə etmək istəyən azarkeşlər iTicket.az saytından vauçerləri almalı və daha sonra satış məntəqələrində biletlərlə dəyişməlidirlər.

Tərəfdarlar satış məntəqələrinə yaxınlaşaraq, şəxsiyyət vəsiqəsini təqdim etməklə, birbaşa bilet əldə edə bilərlər.

Qeyd edək ki, oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Atletiko” matçı saat 20:00-da başlayacaq.






Son Xəbər