XƏBƏR, İDMAN
2-10-2017, 15:39

Şəmkir futbol birinciliyi - Qaryağdı tüğyan edir

Şəmkir futbol birinciliyi - Qaryağdı tüğyan edir Futbol üzrə Şəmkir birinciliyinin növbəti oyunları yaddaqalan olub.

Qərbinfo.az xəbər verir ki, A qrupunda mübarizə aparan Zəyəm qəsəbə komandası Çaparlı kənd komandası üzərində 4-1 hesabı ilə qələbə qazanıb. Eyni qrupda mübarizə aparan Keçili komandası isə Dəllər Cırdaxan komandasına 0-4 hesabı ilə məğlub olub.

Gərgin keçən oyunları ilə yadda qalan C qrupunda isə Dəllər qəsəbə komandası Çinarlı qəsəbə komandasına 5-4 hesabı ilə qələbə qazanıb.
Ötən həftənin ən yadda qalan oyunu isə Qılıncbəyli kənd komandasının doğma meydanda Şəhərin Qaryağdı komandasına məğlub olması olub. Olduqca gərgin mübarizə şəraitində davam edən oyun Qaryağdı komandasının 4-2 hesablı qələbəsi ilə başa çatdı. Bununlada çempionatda məğlubiyyət tanımayan Qaryağdı komandası 3 oyuna 9 xal toplayaraq qrup liderliyinə yüksəlib.
Şəmkir futbol birinciliyi - Qaryağdı tüğyan edir
Şəmkir futbol birinciliyi - Qaryağdı tüğyan edir
Şəmkir futbol birinciliyi - Qaryağdı tüğyan edir
Şəmkir futbol birinciliyi - Qaryağdı tüğyan edir






Son Xəbər