XƏBƏR, İDMAN
30-09-2017, 16:20

"Belə futbol olar?" - Adrian Skarlatake

"Belə futbol olar?"“Çox pis oyun keçirdik. Həqiqətən zəif görünürdük. Rəqib 3-4 qol vura bilərdi. Demək olar ki, ancaq müdafiə olunduq. Belə olmamalıdır. Mənim oyundan heç xoşum gəlmədi".

Qərbinfo.Az-ın məlumatına görə, bu sözləri Bakı "İnter"in futbolçusu Adrian Skarlatake Topaz Premyer Liqasının 7-ci turunda "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.

O bildirib , belə oynamaq olmaz: "3-4 ötürmə ardıcıl verə bilmirdik. Belə futbol olar? 90 dəqiqəyə bir korner qazandıq. Yeni futbolçular alınmalıdır. Alınmasa, sonuncu yer üçün oynayacağıq. Ehtiyatda 2-3 futbolçu var. “Neftçi”də isə 6-7 legioner oynayır. Mütləq heyət genişləndirilməlidir. Klub prezidenti də deyib ki, alacağıq. Gözləmək lazımdır. Dəyişiklik edilməsə hər dəfə uduzacağıq və sonuncu pillə üçün oynayacağıq".






Son Xəbər