XƏBƏR, MARAQLI
29-09-2017, 13:23

3G-ni dəstəkləyən “Nokia 3310” təqdim olundu

3G-ni dəstəkləyən “Nokia 3310” təqdim olundu “HMD Global” şirkəti 3G texnologiyasını dəstəkləyən “Nokia 3310” mobil telefonunu rəsmən təqdim edib.

Qərbinfo.az-ın “TechCrunch” saytına istinadən verdiyi məlumata görə, cihaz yeni əməliyyat sistemi ilə təmin olunub. Artıq mobil telefon sosial şəbəkələri dəstəkləyir.

Lakin 3G-ni tətbiq etmək üçün müəyyən “qurbanlar” verilib. Belə ki, yeni “Nokia 3310” bir az böyükdür və onun avtonom iş rejimi danışıq rejimində 6,5 saata, gözləmə rejimində isə 27 günə enib.

Cihaz oktyabrın ortalarından etibarən bütün dünyada satışa çıxarılacaq. Qiyməti 69 avrodur.






Son Xəbər