XƏBƏR, İDMAN
29-09-2017, 10:26

“Mançester Siti” futbol klubunun hücumçusu yol qəzasına düşdü

“Mançester Siti” futbol klubunun hücumçusu yol qəzasına düşdü “Mançester Siti” futbol klubunun hücumçusu Serxio Aquero Hollandiyada yol qəzasına düşüb.

Qərbinfo.az xəbər verir ki, ulduz futbolçunu Amsterdam şəhərinin hava limanına aparan taksi dirəyə çırpılıb.

Nəticədə S.Aquero xəsarət alıb. Onun qabırğalarının zədələndiyi bildirilir. Lakin zədələrin dərəcəsi barədə məlumat verilmir.

“Mançester Siti” klubu insidentlə bağlı rəsmi açıqlama verməyib.

A.M.






Son Xəbər