XƏBƏR, İDMAN
28-09-2017, 22:32

Məşhur baş məşqçi komandadan qovulur

Məşhur baş məşqçi komandadan qovulur Çempionlar Liqasında Fransanın "PSG"-sinə gözlənilməz hesabla məğlub olan "Bavariya" klubu baş məşqçi Karlo Ançelottini istefaya göndərməyə hazırlaşır.

Qərbinfo.az xəbər verir ki, klub rəhbərliyini bu addımı atmağa vadar edən əsas amil elə məhz PSG-ə acı məğlubiyyət olub.İddiaya görə italyan məşqçinin göndərilməsi bu gun axşam saatlarında klub tərəfindən açıqlanacaq. Komanda köməkçi məşqçi Uilli Saqnola həvalə ediləcək. Baş məşqçi postuna ən real namizəd "Borussiya"nın (Dortmund) baş məşqçisi Tomas Tuçeldir. Klubun İdarə Heyətinin sədri Karl-Haynts Rummenige belə hesabla məğlubiyyətin ciddi nəticələrinin olacağını bildirib.

Məlumat üçün qeyd edək ki, əgər italyan mütəxəssis qovulsa, bu alman komandasının Bundesliqa tarixində ən erkən qovduğu baş məşqçi olacaq. 1965-ci ildən bəri dekabrdan əvvəl qovulan yeganə baş məşqçi 8 oktyabr 1991-ci ildə istefaya göndərilən Jupp Heynkes idi.






Son Xəbər