XƏBƏR, İDMAN
28-09-2017, 10:17

Çempionlar Liqasında gecənin – NƏTİCƏLƏRİ

Çempionlar Liqasında gecənin – NƏTİCƏLƏRİ Çempionlar Liqasında II turun növbəti oyunları keçirilib.

Qərbinfo.Az-ın Apasport.az-a istinadən məlumatına görə, təmsilçimiz “Qarabağ”la birlikdə qitənin 16 ən güclü komandası mübarizə aparıblar.

Azərbaycan çempionu “Qarabağ” günün ilk matçında, digərlərindən daha tez başlayan oyunda “Roma” ilə qarşılaşıb. C qrupunun bu oyunu Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələsində ilk ev qarşılaşması olub. Görüş qonaqların üstünlüyü ilə başa çatıb - 2:1.

Qrupun digər matçında əsas favoritlər “Çelsi” və “Atletiko” sonuncuların meydanında görüşüb. Londonlular qalib gəliblər.

A qrupunda da liderlər üz-üzə gəlib. İlk turu qalib kimi başa vuran MOİK-lə “Mançester Yunayted” Rusiyada görüşüb. Şimal qonşularımız “Benfika” zəfərinin təsadüf olmadığını doğma publika önündə isbatlamağa çalışsa da, "şeytan"a təslim olublar - 1:4.

Turun ən maraqlı görüşlərindən biri Parisdə baş tutub. Qitənin ən güclüləri sırasında yer alan PSJ və “Bavariya” aşkar favoritləri olduqları qrupun liderliyi üçün ilk dueldə üz-üzə gəlib. Oyun Fransa klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.






Son Xəbər