XƏBƏR, İDMAN
28-09-2017, 09:24

Qurban Qurbanov: “Roma” layiqli qələbə qazandı

Qurban Qurbanov: “Roma” layiqli qələbə qazandı “Bizim üçün ağır oyun oldu. Xüsusən də, matçın əvvəli”.

Qərbinfo.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda İtaliya “Roma”sına 1:2 hesabı ilə məğlubiyyətdən sonra təşkil edilən mətbuat konfransı zamanı deyib.

“İlk dəqiqələrdən rəqib hansı ustalığa malik olduğunu göstərdi. Amma 0:2-dən sonra futbolçularımız daha diqqətli oynadılar, rəqibi yaxşı tanıdılar. Oyunçulardan razı qaldım. Evdə ilk oyun olduğundan, xal qazanmağa çalışırdıq. İstəyirdik ki, azarkeşlərimizi sevindirək. Amma “Roma” layiqli qələbə qazandı. Azarkeşlərimizə də bizi son qədər dəstəklədikləri üçün təşəkkür edirəm”, - baş məşqçi qeyd edib.






Son Xəbər