XƏBƏR, İDMAN
27-09-2017, 09:22

Çempionlar Liqası: “Beşiktaş”dan ikinci qələbə

Çempionlar Liqası: “Beşiktaş”dan ikinci qələbə Çempionlar Liqasının qrup mərhələsində ikinci tura start verilib.

Qərbinfo.az-ın məlumatına görə, ilk oyun günündə səkkiz qarşılaşma keçirilib.


İlk oyunda səfərdə Portuqaliyanın “Portu” klubunu məğlub edən Türkiyənin “Beşiktaş” komandası bu dəfə doğma meydanda Almaniyanın “Leypsiq” kollektivindən üstün olub. “Qara qartallar” Babel və Talişkanın qolları sayəsində növbəti üç xalı hesabına yazdıraraq qrup liderliyini möhkəmləndirib.

E qrupu

“Spartak” (Rusiya) - “Liverpul” (İngiltərə) - 1:1
Qollar: Fernando, 23 - Koutinyo, 31

“Sevilya” (İspaniya) - “Maribor” (Sloveniya) - 3:0
Qollar: Ben Yedder, 27, 38, 83

F qrupu

“Mançester Siti” (İngiltərə) - “Şaxtyor” (Ukrayna) - 2:0
Qollar: De Brün, 48, Sterlinq, 90

“Napoli” (İtaliya) - “Feyenoord” (Hollandiya) - 3:1
Qollar: İnsinye, 7, Mertens, 49, Kallexon, 70 - Amrabat, 90+3

G qrupu

“Monako” (Fransa) - “Porto” (Portuqaliya) - 0:3
Qollar: Abubakar, 31, 69, Layun, 89

“Beşiktaş” (Türkiyə) - “Leypsiq” (Almaniya) - 2:0
Qol: Babel, 11, Talişka, 43

H qrupu

APOEL (Kipr) - “Tottenhem” (İngiltərə) - 0:3
Qollar: Keyn, 39, 62, 67

“Borussiya” (Dortmund, Almaniya) - “Real” (İspaniya) - 1:3
Qollar: Obameyanq, 54 - Beyl, 18, Kriştianu Ronaldu 50, 79






Son Xəbər