XƏBƏR, İDMAN
26-09-2017, 17:42

"Roma" klubu Bakıdadır

"Roma" klubu Bakıdadır Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Qarabağ" klubu ilə qarşılaşacaq İtaliyanın "Roma" komandası Bakıya gəlib.

Qərbinfo.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında "sarı-qırmızılar"ı bir qrup jurnalist qarşılayıb.

Futbolçular heç bir açıqlama vermədən onları gözləyən avtobusa yönəliblər.

Qeyd edək ki, bu axşam "Roma"nın Bakı Olimpiya Stadionunda məşqi və baş məşqçi Eusebio Di Françeskonun mətbuat konfransı keçiriləcək. Sentyabrın 27-də elə həmin arenada təşkil olunacaq qarşılaşma saat 20:00-da başlanacaq.






Son Xəbər