XƏBƏR, SİYASƏT
26-09-2017, 13:50

Dağlıq Qarabağ AŞPA-da müzakirə edildi

Dağlıq Qarabağ AŞPA-da müzakirə edildiAvropa Şurası ölkələri arasında münaqişələr üzrə AŞPA-nın Alt Komitəsi Afinada həlli uzanan münaqişələrin nizamlanması məsələsini müzakirə edib.

Qərbinfo.Az xəbər verir ki, Yunanıstan parlamentində keçirilən görüşdə Dağlıq Qarabağ və Dnestryanı münaqişələrlə bağlı vəziyyət, eləcə də, Ukraynanın şərqindəki münaqişə müzakirə olunub.

İclas çərçivəsində Alt Komitənin sədri Ştefan Şennak ATƏT-in münaqişələr üzrə üç nümayəndəsi - bu il ATƏT-ə sədrlik edən Almaniyanın Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan üzrə məsul nümayəndəsi Klaus Keller, ATƏT-in Ukrayna üzrə xüsusi nümayəndəsi Martin Saydik və ATƏT-in Dnestryanı münaqişə üzrə xüsusi nümayəndəsi Ditrix Haym ilə görüşüb.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatı Ştefan Şennak bu ilin mart ayında AŞPA-nın münaqişələr üzrə yeni alt komitəsinin sədri seçilib. Ş.Şennak həm də AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisidir.
Dağlıq Qarabağ AŞPA-da müzakirə edildi






Son Xəbər