XƏBƏR, SİYASƏT
26-09-2017, 13:11

İlham Əliyev Angela Merkeli təbrik etdi

İlham Əliyev Angela Merkeli təbrik etdiAzərbaycan Respublikasının prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının federal kansleri xanım Angela Merkelə təbrik məktubu ünvanlayıb.

Qərbinfo.Az-ın xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli xanım Federal Kansler,

Başçılıq etdiyiniz Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı alyansının parlament seçkilərində qələbəsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu qələbə həyata keçirdiyiniz siyasətin Almaniya cəmiyyəti tərəfindən dəstəklənməsinin, şəxsən Sizə bəslənən inam və etimadın ifadəsidir.

Ümidvaram ki, Azərbaycanla Almaniya arasındakı dostluq münasibətlərinin, siyasi, iqtisadi və humanitar əlaqələrimizin daha da möhkəmlənməsi və genişlənməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.






Son Xəbər