XƏBƏR, SİYASƏT
25-09-2017, 22:32

Azərbaycanın dövlət başçısı Sinqapurun yeni prezidentinə məktub göndərib

Azərbaycanın dövlət başçısı Sinqapurun yeni prezidentinə məktub göndərib Azərbaycan prezidenti İlham Əliyev xanım Həlimə Yaqubu Sinqapur prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Qərbinfo.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli xanım Prezident, Sinqapur Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Sinqapur arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sinqapur xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.






Son Xəbər