XƏBƏR, İDMAN
25-09-2017, 17:38

Şəmkir idmançısından möhtəşəm nailiyyət

Şəmkir idmançısından möhtəşəm nailiyyət Boks üzrə gənclər arasında Rusiya Federasiyasının Nalçik şəhərində Beynəlxalq turnir keçirilib.

Qərbinfo.az xəbər verir ki, 18-23 sentyabr tarixlərində baş vermiş Beynəlxalq turnirdə Şəmkir rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-in yetirməsi Şəmkirli idmançı Orxan Həsənov 56 kq çəki dərəcəsində bütün görüşlərdə uğurlu nəticə göstərərək turnirin qalibi olmuşdur.

Qeyd edək ki, Avropa və Dünya turnirlərinin mükafatçısı Orxan Həsənovun məşqçi müəllimi Ramiz Yusibov olub.






Son Xəbər