XƏBƏR, İDMAN
25-09-2017, 12:44

Litvada güləş üzrə 32-ci dünya çempionatı başa çatdı

Litvada güləş üzrə 32-ci dünya çempionatı başa çatdı Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatında 22 ölkədən 320-yə yaxın idmançı iştirak edib.

Azərbaycan Güləş Federasiyasından Qərbinfo.Az-a verilən məlumata görə, çempionatın son günündə güləşçilərimiz 2 gümüş və 1 bürünc medal qazanıb.

İlk görüşdə İsveç güləşçisi Dietçe Damianı 4:3 hesabı ilə məğlub edən Elton Vəzirzadə (80 kq) sonrakı qarşılaşmada Koreya Respublikasından olan Yu Yeontak üzərində 4:3 hesabı ilə qələbə qazanıb. Daha sonra Elton Vəzirzadə Ermənistan idmançısı Rafike Manukyanı 6:4 hesabı ilə məğlub edərək, finala çıxıb.

Finalda Elton Vəzirzadə ukraynalı Andrey Antonikə məğlub olaraq, gümüş medala yiyələnib.
Daha bir gümüş medalı isə 98 kq çəkidə təmsilçimiz Orxan Nuriyev qazanıb.

85 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov çempionatı bürünc medalla başa vurub. Həlledici görüşdə İslam Abbasov erməni idmançı Argosti Abqaryanı 5:0 hesabı ilə məğlub edib və bürünc medal qazanıb.






Son Xəbər