XƏBƏR, İDMAN
25-09-2017, 11:37

"Qılıncbəyli"ni durduran tapılmır, "Çinarlı"dan növbəti məğlubiyyət

"Qılıncbəyli"ni durduran tapılmır, "Çinarlı"dan növbəti məğlubiyyətŞəmkir birinciliyində növbəti oyunlar keçirilib.

Qərbinfo.Az xəbər verir ki, azarkeşlər günün ilk matçında C qrupunda “Qılıncbəyli” “Dəllər” duelini izləyiblər. Matç birincilərin 7-0 hesablı qələbəsi ilə yekunlaşıb. Artıq qrupda ikinci böyükhesablı qələbəyə sevinən Qılıncbəylinin eyniadlı komandasını durduran yoxdur. Komanda daha öncə də “Çinarlı” futbolçularının qapısından 9 top keçirmişdilər. İki matça 16 top vuran Qılıncbəyli futbolçuları növbəti turda Şəmkir şəhərinin “Qaryağdı” futbolçularını sınağa çəkəcək.

“Qılıncbəyli” – “Dəllər” 7:0
"Qılıncbəyli"ni durduran tapılmır, "Çinarlı"dan növbəti məğlubiyyət

















C qrupunun digər matçında isə “Qaryağdı” “Çinarlı” ilə qarşılaşıb. Şəhərlilərlə qəsəbə futbolçularının dueli maraqlı mübarizə şəraitində keçib. Bol qollu qarşılaşmada “Qaryağdı” rəqib qapısına 6 top vurub. Qəsəbə futbolçuları isə cəmi iki dəfə fərqlənə biliblər.

“Qaryağdı” - “Çinarlı” 6:2
"Qılıncbəyli"ni durduran tapılmır, "Çinarlı"dan növbəti məğlubiyyət
Həftənin son matçı Kür qəsəbə stadionunda oynanılıb. 3 komandanın mübarizə apardığı D qrupunda “Gənclərbirliyi” ilk matçına çıxıb. Gənclərin rəqibi isə “Təzəkənd” futbolçuları olub. İlk turda “Seyfəli”yə məğlub olan “Təzəkənd” futbolçuları meydanda daha istəkli görünürdülər. Amma gənclərin müqavimətini qırmaq onlara elə də asan başa gəlmədi. İki top fərqi ilə irəli çıxan “Təzəkənd”in sevinci elə də uzun çəkmədi. Bu dəfə “Gənclərbirliyi” 3-2 hesabı ilə ilk hissədə irəli çıxmağı bacardı. Amma “Gənclərbirliyi" bu hesabı qorumağı bacarmadılar və sonda matç nominal ev sahibi olan “Təzəkənd”in 5-4 hesablə qələbəsi ilə başa çatdı.

“Təzəkənd”- “Gənclərbirliyi” 5:4






Son Xəbər