XƏBƏR, İDMAN
23-09-2017, 11:02

ABŞ-da 5,7 bal gücündə 2 zəlzələ olub

ABŞ-da 5,7 bal gücündə 2 zəlzələ olub ABŞ-ın Kaliforniya ştatında 5,7-dək bal gücündə ardıcıl 2 zəlzələ olub.

Qərbinfo.az-ın verdiyi məlumata görə, bu haqda ABŞ Geoloji xidməti xəbər verib.


Birinci zəlzələ UTC vaxtı ilə saat 19:50-də 5,7 bal gücündə qeydə alınıb. Yeraltı təkanların mərkəzi Ferndeyl şəhərindən 204 kilometr qərbdə yerləşib. Ocağı 9,1 kilometr dərinlikdə olub.

Onun ardınca Ferndeyl şəhərindən 58 kilometrliyində 5,6 bal gücündə daha bir zəlzələ olub. Ocağın dərinliyi 4,6 kilometr olub.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.






Son Xəbər