XƏBƏR, İDMAN
22-09-2017, 09:31

“Qarabağ” - “Roma” matçına satılan biletlərin sayı açıqlandı

“Qarabağ” - “Roma” matçına satılan biletlərin sayı açıqlandı “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir.

Qərbinfo.az xəbər verir ki, qarşılaşmaya satılan biletlərin sayı 58000-ə çatıb. Satışda yalnız 2 manatlıq biletlər qalıb.

Biletləri satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə etmək mümkündür. Biletləri əldə edərkən, şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.






Son Xəbər