XƏBƏR, İDMAN
20-09-2017, 21:27

Avropa Liqasının final matçı Bakıda keçiriləcək

Avropa Liqasının final matçı Bakıda keçiriləcək UEFA 2018-2019 mövsümündə Çempionlar Liqası və Avropa Liqasının final matçlarının məkanlarını və tarixlərini açıqlayıb.

Qərbinfo.az xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirinin həlledici görüşü 2019-cu il iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki "Metropolitano" stadionunda təşkil olunacaq. Avroliqanın həlledici görüşü isə bundan üç gün tez - mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Qeyd edək ki, UEFA Super Kuboku uğrunda görüş bu iki turnirin qalibləri arasında 2019-cu ilin avqustunda Türkiyənin İstanbul şəhərindəki "Wodafone Arena"da keçiriləcək.






Son Xəbər