XƏBƏR, İDMAN
20-09-2017, 18:23

“Real” Zinəddin Zidanla yeni müqavilə bağlayıb

“Real” Zinəddin Zidanla yeni müqavilə bağlayıb Madrid “Real”ı Marselo, İsko və Daniel Karvahal kimi futbolçulardan sonra daha bir şəxslə yeni müqavilə imzalayıb. Qərbinfo.az saytı xəbər verir ki, söhbət komandanın baş məşqçisi Zinəddin Zidandan gedir.

“Kral klubu” mövsümün sonunda sözləşməsinin müddəti başa çatacaq mütəxəssislə yeni anlaşma ilə bağlı razılığa gələ bilib. Bu barədə xarici mətbuata açıqlasında Zidan özü məlumat verib.

“Real”da xoşbəxt olduğunu deyən fransalı çalışdırıcı yeni müqaviləsinin müddətini açıqlamayıb: “Gələcəyimlə bağlı çox düşünmürəm. Sadəcə, sonrakı günə baxıram. Yeni sözləşmə ilə bağlı danışıqlarımız müsbət nəticələndi”.

Qeyd edək ki, “Real” Zidanın rəhbərliyi altında 2 dəfə Çempionlar Liqası, 1 dəfə isə La Liqa, İspaniya Superkuboku, UEFA Superkuboku və Klublarası dünya çempionatının qalibi adını qazanıb.






Son Xəbər