XƏBƏR, İDMAN
20-09-2017, 17:14

AFFA paytaxt klublarını cəzalandırdı

AFFA paytaxt klublarını cəzalandırdı Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Qərbinfo.az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının V turunun görüşlərində baş verənlər müzakirə olunub.

“Neftçi” ilə qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Zirə” 800 manat cərimələnib.

“Ağ-qaralar” isə ikinci sarı vərəqə üzündən meydandan qovulan Mirabdulla Abbasova görə ziyana düşüb. “Neftçi” 200 manat cərimələnibsə, futbolçu 1 oyunluq kənarlaşdırılıb.






Son Xəbər