XƏBƏR, İDMAN
19-09-2017, 12:24

Millimiz İtaliyaya məğlub olub

Millimiz İtaliyaya məğlub olub Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib.
Qərbinfo.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri növbəti dəfə İtaliya yığması ilə üz-üzə gəliblər.

Avro-2017-nin final mərhələsinin keçiriləcəyi Milli Gimnastika Arenasında baş tutan görüş paytaxtımızda qonaq olan apenninlilərin qələbəsi ilə yekunlaşıb. İtaliyalılar 3:1 (25:18, 25:22, 24:26, 25:15) hesabı ilə qalib gəliblər.

Komandamızın heyətində Polina Rəhimova ən məhsuldar oyunçu olub. Onun 15 zərbəsi millimizə xal gətirib.






Son Xəbər