XƏBƏR, MARAQLI
19-09-2017, 10:42

Yer kürəsi ətrafında 79 gün

Yer kürəsi ətrafında 79 gün Şotlandiyalı Mark Bomont 79 günə Yer kürəsini velosipedlə dövr edərək, dünya rekordu müəyyənləşdirib.

Qərbinfo.az xəbər verir ki, o, sentyabrın 18-də Parisdə Zəfər tağlarında səyahətinə yekun vurub.

34 yaşlı Bomont dünya səyahətinə iyulun 2-də Parisdən yola düşüb. Bu müddət ərzində velosipedçi 16 ölkənin ərazisindən keçməklə, təxminən 29 min km məsafə qət edib. O, gündə orta hesabla 370 kilometr yol gedib. O, əvvəlki - 44 günlük dünya rekordunu təzələyib. Şotlandiyalı bildirib ki, onu bu addımı atmağa Jül Vernin "80 gün Yerin ətrafında" romanı ilhamlandırıb.






Son Xəbər