XƏBƏR, İDMAN
17-09-2017, 21:44

Rafael Ağayev daha bir turnirin ikiqat qalibi oldu

Rafael Ağayev daha bir turnirin ikiqat qalibi oldu Beşqat dünya və 10 dəfə Avropa çempionu olan idmançımız Rafael Ağayev növbəti qələbələrini qazanıb.

Qərbinfo.az verir ki, karatenin “Brilyant oğlanı” baku.ws-ə açıqlamasında bildirib ki, İsveçrənin Bazel şəhərində 8-ci “Basel Open Masters” beynəlxalq karate turnirində iştirak edib. Rafael Ağayev həm 75 kiloqram çəkidə, həm də bütün çəkilər üzrə ilk üçlüyü tutan idmançılar arasında keçirilən yarışda birinciliyə yiyələnib.

Qeyd edək ki, Rafael Ağayev 5 dəfə dünya çempionu, 13 dəfə Avropa çempionu, “Bakı-2015” Avropa Oyunlarının və “Bakı-2017” 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olub.






Son Xəbər