XƏBƏR, İDMAN
16-09-2017, 22:01

Levandovski "Real"a keçmək istəyir

Levandovski "Real"a keçmək istəyir “Bavariya”nın hücumçusu Robert Levandovski 2018-ci ilin yayında “Real”a keçmək istəyir.

Qərbinfo.az-ın lent az-a istinadən yaydığı xəbərə görə, o, bununla bağlı niyyətini şəxsi agentlərinə bildirib. Polşalı hücumçu onları Madrid klubunu bu transferə razı salmaq üçün fəal olmağa çağırıb.

Qeyd edək ki, “Real” yaşı 30-dan çox olan hücumçu almayacağını açıqlayıb. Levandovskinin isə 30 yaşı ötən ay tamam olub.

Onun “Bavariya” ilə müqaviləsi 2021-ci ildə başa çatır.

Klubun prezidenti Uli Heness bu məlumata münasibətini açıqlayarkən qısaca olaraq deyib: “Bu gün axı 1 aprel deyil”.






Son Xəbər