XƏBƏR, SİYASƏT
16-09-2017, 16:12

Azərbaycan prezidenti Çili liderinə məktub göndərib

Azərbaycan prezidenti Çili liderinə məktub göndərib Azərbaycan prezidenti İlham Əliyev Çili Respublikasının prezidenti Mişel Baçelet Xeriyanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Qərbinfo.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli xanım prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Çili arasındakı ikitərəfli münasibətlərin davamlı inkişafı yolunda birgə səylər göstərəcəyik. Bu əlamətdar gündə sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm".






Son Xəbər