XƏBƏR, İDMAN
16-09-2017, 11:00

"Qarabağ"ı qrupda məşhur Kollina saxlayıb - Türkiyə mətbuatından iddia

"Qarabağ"ı qrupda məşhur Kollina saxlayıbTürkiyə mətbuatında "Qarabağ"ın da aid olduğu məsələylə bağlı maraqlı yazı çıxıb. Sport24.az xəbər verir ki, “Habertürk” qəzetinin yazarı Meriç Müldür maraqlı iddia ortaya atıb.

Müəllif son araşdırma yazısında Ukrayna yığmasının və klublaırnın avrokuboklarda 2010-17-ci illər aralığında keçirilən qarşılaşmalarının nəticələrinin şübhəli olduğunu iddia edib. Bu da əbəs deyil. Belə ki, iddiaya görə 7 il ərzində FİFA Hakimlər Komitəsinin rəhbəri və UEFA Hakimlərlə iş üzrə komitəsinin rəhbəri olan Pyerluici Kollinanın Ukrayna Futbol Federasiyasında vəzifədə olduğu vaxtda bu ölkənin təmsilçilərinin sanki yolu açılır. Bu işdə Kollinnanın UEFA prezidentinin ukraynalı köməkçisi Qriqori Surkislə əlaqəli işləyib

Yazıda 2014/15 mövsümündə “Qarabağ”ı da şübhəli məqamda Avropa Liqasının qrupunda saxlayan “Dnepr” olmaqla bir çox Ukrayna klublarının avrokuboklarda hakim səhvləri sayəsində daha da irəli getməsi qeyd olunub.






Son Xəbər